3 Fevral 19:00
21 629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Cənubi Qafqazda sülh, əməkdaşlıq və sabitliyin bərqərar olması üçün səylərini davam etdirəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan baş nazirliyinə namizəd İrakli Kobaxidzenin proqramında deyilir.

“Gürcüstan regionda balanslaşdırılmış siyasət aparmağa davam edir və bununla da regionun davamlı inkişafı prosesinə mühüm töhfə verir. Bu baxımdan, ilk növbədə, Cənubi Qafqazda sülh və əməkdaşlığın təşviqi üçün səylər göstəriləcək. Bu məqsədlərə nail olmaq üçün qonşu dövlətlərlə uğurlu əməkdaşlığı gücləndirmək, o cümlədən milli maraqlar, strateji tərəfdaşlıq və qonşuluğa əsaslanan sərhədlərin delimitasiyası prosesini davam etdirmək lazımdır”, - proqramda bildirilir.

Sənəddə qeyd olunur ki, Türkiyə ilə, eləcə də Azərbaycan və Ermənistanla ikitərəfli strateji münasibətlərin mövcud yüksək dinamikasının qorunub saxlanılması və möhkəmləndirilməsi vacibdir.

“Avropa dövlətinin qurulması naminə” adlı proqram Gürcüstan parlamentinə təqdim olunub. Fevralın 8-də Gürcüstanın qanunverici orqanı baş nazirliyə namizəd və onun hökumətinin tərkibi və proqramına etimad göstərəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər