8 Fevral 14:40
2 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aralıq dənizi getdikcə isinir, turşu tərkibi artır və çirklənir.

Teleqraf.com xəbər verir ki, İsrailin Okeanoqrafiya İnstitutu dənizdə xüsusilə plastik və civənin konsentrasiyasının artığını açıqlayıb.

Hesabat İsrail sahilləri boyunca kontinental şelfdə aparılan elmi araşdırmalara əsaslanır. Tədqiqatçılar qlobal istiləşmə nəticəsində Aralıq dənizində suyun üst qatının ildə təxminən 0.13 dərəcə istiləşməyə davam etdiyini deyirlər. Bu, Ümumdünya İqlim Təşkilatının proqnozundan iki dəfə çoxdur.

Elm adamları Aralıq dənizinin sürətini okeanlarla müqayisədə nisbətən kiçik su hövzəsi olması ilə izah edirlər. Bundan əlavə, Aralıq dənizinin İsraillə sərhəd olan cənub-şərq hissəsi daha isti və duzludur. Atlantik okeanından gələn su İsrail sahillərinə çatana qədər qızmağa vaxt tapır.

1992-2022-ci illərdə Aralıq dənizinin səviyyəsi təxminən 14.59 sm yüksəlib. Dünya dənizlərinin səviyyəsinin qalxmasına suların qızması və genişlənməsi və buzlaqların əriməsi səbəb olur, bu da Aralıq dənizinə təsir edir.

Digər narahatedici tendensiya dəniz suyunun tədricən turşulaşmasıdır. Turşuluq dərəcəsi ildə təxminən 0.003 pH təşkil edir. Bu, havadan suya daxil olan karbon qazının artması ilə izah olunur. Suyun oksidləşməsi dənizdəki müxtəlif bioloji proseslərə təsir göstərir, o cümlədən mərcan rifləri və molyuskların skeletləri və qabıqlarını formalaşdırmaq üçün lazım olan mineralları məhv edir.

Hesabatda həmçinin qeyd olunur ki, dənizin çirklənmə göstəriciləri ötən illərlə müqayisədə sabit qalıb. Amma tədqiqatçılar Hayfa körfəzinin şimal hissəsində civə ilə çirklənmənin artmasının həyəcanverici tendensiyasını bildirirlər. Bu, bölgədə fəaliyyətini dayandırmış fabrikdən yeraltı sulara civənin daxil olması ilə əlaqələndirilir.

Aralıq dünyanın ən şəffaf və təmiz dənizi hesab olunur.


Müəllif: Mənsur Rəğbətoğlu