“Roskosmos” kosmonavtlar korpusunun komandiri, TASS-ın xüsusi müxbiri Oleq Kononenko Beynəlxalq Kosmik Stansiyanın göyərtəsində Bakının fotolarını çəkib.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
“Mən kosmosa rekord vurmaq üçün yox, sevdiyim işlə məşğul olmaq üçün uçuram”- deyə Oleq bildirib.
O əvvəllər Ankara, Nyu-York və Qahirənin də fotolarını çəkib.