14 Fevral 16:34
2 274
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm adamları Şimal Buzlu okeanında (Şimal qütbü) buzlaqların əriməsinə uyğunlaşmaqda çətinlik çəkən qütb ayılarının aclıqla üzləşdiklərini müşahidə ediblər.

Teleqraf.com xəbər verir ki, Kanada və ABŞ tədqiqatçıları əriməyə davam edən Şimal Buzlu okeanında ayıların ovlanma üsullarının iqlim dəyişikliyinə uyğunlaşmasını araşdırıblar.

Kanadanın Manitoba ştatında araşdırma aparan elm adamları 1979-2015-ci illərdə bölgədə dəniz buzlarının tamamilə əridiyi zaman intervalının üç həftə artdığını üzə çıxarıblar.

Ayıların ovlanma dövrü olan yazın sonu - yayın əvvəlində iqlim dəyişikliyi səbəbindən buzların mütləq hissəsinin əridiyini bildirən tədqiqatçlar heyvanların saatlarla üzdükdən sonra tapdıqları ovlarını yemək üçün çox yorğun olduqlarını söyləyirlər.

Dəniz buzunun tamamilə əridiyi yay aylarında ov tapmaq üçün uzaq məsafələrə üzən və ya qoz-fındıq, quş yumurtası və otla qidalanan 19 qütb ayısı dövrün sonunda bədən kütlələrinin təxminən 11 faizini itirib. Bu, orta hesabla günə 1 kiloqram deməkdir.

Digər tərəfdən, vaxtının çoxunu dincəlməklə və qarşılaşdığı bəzi ölü heyvanların qalıqları ilə qidalanmaqla keçirən başqa bir ağ ayı isə dövrün sonunda 32 kiloqram çəki artırıb.

Tədqiqatın müəlliflərindən Entoni Paqano buzlaqların ərimə sürətinin artması səbəbindən ayıların üzməklə daha çox enerji sərf etdiklərinə diqqət çəkir. Elm adamı qütb ayılarının ərimə səbəbiylə fərqli ovlardan faydalana bilmədiklərini, aclıq qarşısında yaşamaq şanslarının azaldığını deyir.​


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər