14 Fevral 23:23
3 514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astronomlar kainatla bağlı mövcud nəzəriyyələrə meydan oxuyan halqavari kosmik meqastruktur kəşf ediblər.

Teleqraf.com xəbər verir ki, “Nəhəng Halqa” adlanan strukturun diametri təxminən 1.3 milyard işıq ili təşkil edir, bu da onu indiyədək müşahidə edilən ən böyük strukturlardan birinə çevirir.

Halqa Yer kürəsindən 9 milyard işıq ilindən çox uzaqdadır, ona görə də onu birbaşa görmək çətindir, amma gecə səmada görüntüsü 15 bütöv aya bərabərdir.

“Nəhəng Halqa”nın ölçüsü kosmoloji prinsip və ya fundamental fərziyyəyə meydan oxuyur. Bu, bəlli ölçüsü olan bir məkanın üzərində kainatın homogen olduğunu və bütün istiqamətlərdə eyni göründüyünü ifadə edir.

ABŞ-nin Lankaşir Universitetinin doktorantı Aleksiya Lopez kəşflə bağlı deyib:

“Mövcud kosmoloji nəzəriyyələrə görə, bu miqyasda strukturların mümkün olduğunu düşünmürdük”.

Nəzəri olaraq, kainatı yaxınlaşdırdıqda ucsuz-bucaqsız, heç bir xüsusiyyətləri olmayan bir sahə ortaya çıxmalıdır. Amma “Nəhəng Halqa” gözlənilməz ölçülü strukturların artan siyahısından biridir. Digərlərinə “Nəhəng Halqa”nın yanında görünən, 2021-ci ildə Lopez tərəfindən kəşf edilən “Nəhəng Qövs” daxildir. Kosmoloqlar strukturların hazırkı nəzəri ölçüsünün 1.2 milyard işıq ili olduğunu təxmin edirlər, amma “Nəhəng Halqa” və “Nəhəng Qövs” bu həddi aşaraq, təxminən 3.3 milyard işıq ilini əhatə edir.

“Maraqlıdır ki, bu iki meqastruktur Yerdən eyni məsafədə, Çoban bürcünün yaxınlığında yerləşir, bu da onların əlaqəli kosmoloji sistemin bir hissəsi olma ehtimalını artırır. Daha çox şey tapdıqca, bəlkə də standart modelimizin yenidən düşünülməsi lazım olduğu faktı ilə üzləşməli olacağıq. Hələlik natamamdır, maksimumda bizə tamamilə yeni kosmologiya teoremininə ehtiyac var”, - Lopez bildirib.

Kosmoloqlar bu nəhəng və müəmmalı strukturun necə formalaşdığını bilmirlər. Kosmoloq Cenni Vaqner bu formalaşmanın təsadüfi olmadığını, özündə bir sıra faktları gizlətdiyini söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər