22 Mart 08:26
1 510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bostondakı Massaçusets Ümumi Xəstəxanasının cərrahları dünyada ilk dəfə olaraq geni dəyişdirilmiş donuzun böyrəyini canlı insana uğurla köçürüblər.

Teleqraf.com xəbər verir ki, böyrək xəstəliyinin terminal mərhələsində olan Massaçusets ştatının Veymut şəhərindən olan 62 yaşlı Riçard Slayman dörd saat ərzində əməliyyat olunub.

Xəstəxanadan bildiriblər ki, xəstə sağalır və tezliklə evə buraxılacaq.

Transplantasiyadakı bu irəliləyiş sayəsində orqan dəyişdirilməsinə ehtiyacı olan xəstələrin gələcəkdə onları xüsusi yetişdirilmiş geni dəyişdirilmiş donuzlardan qəbul edə biləcəkləri gözlənilir.


Müəllif: Teleqraf.com