Təxminən 500 milyon il əvvəl - Kembri dövründə okeanlar müasir dəniz sakinlərindən tamamilə fərqli həyat formaları ilə dolu idi. Onların arasında okean dibində yaşayan yırtıcı qurd növü olan selkirkiya da vardı.
Teleqraf.com xəbər verir ki, bu canlıların boğazları ovları ötürmək üçün təhlükəli tələ olan onurğalar, qarmaqlar və dişlərlə örtülmüşdü.
Elm adamları son araşdırma zamanı Yer kürəsində həyatın mənşəyi haqda anlayışlarını önəmli dərəcədə dəyişdirə biləcək bu qədim canlılara aid nümunələr tapıblar.
ABŞ-nin Harvard Universitetinin doktorantı Karma Nanqu paleontoloq Xavyer Orteqa-Hernandezlə birlikdə selkirkiyanın 500 milyon illik yeni fosil nümunələrini tədqiq edib. Nümunələr növün ölçüsü (təxminən 2.50 sm uzunluğunda) və necə salamat qalması ilə bağlı gözlənilməz fikirlər ortaya qoyub.
Nanqu selkirkiyanı qorxunc canlı kimi təsvir edib:
“Bu qurdlar ilk baxışda olduqca kiçikdir. Ancaq dənizin dibində sürünən bir onurğasızsınızsa, selkirkiya kabus kimidir”.
Selkirkiya növlərinin Kembri dövrünün sonunda kütləvi şəkildə nəsli kəsildiyinə dair əvvəlki iddiaların əksinə olaraq, Nanqu və Orteqa-Hernandez ehtimal edilən nəsil kəsilmə dönəmindən 25 milyon il sonra onların varlığına dair sübutlar tapıb.