23 May 14:02
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arxeoloqlar Böyük Britaniyada Dəmir dövrünə aid amansızlıqla öldürülən bir insanın qalıqlarını tapdıqlarından şübhələnirlər.

Teleqraf.com xəbər verir ki, Bornmut Universitetinin mütəxəssisləri skeleti 2000 illik Uinterborn-Kinqston məkanında qazıntılar zamanı aşkar ediblər.

Skeletin təhlili göstərir ki, qadın otuz yaşlarında olub, biləkləri bağlandıqdan sonra boyun nahiyəsindən kəsici alət yarası alaraq öldürülüb. Heyvan sümüklərindən ibarət aypara formalı yatağa üzü üstə qoyularaq qurban edildiyini ehtimal edilir.

Arxeoloqlar deyirlər ki, cəsədin qoyulma forması qətlin bir çuxurda baş verdiyini deməyə əsas verir və tamaşaçılar bu qorxunc mərasimin bir hissəsi kimi izləməyə dəvət olunublar.

Dəmir dövrü Britaniyasında ritual olaraq qurban kəsilmə klassik iddia olsa da, bunun baş verib-vermədiyinə dair çox az dəlil var.

Arxeoloqlar qadının hansısa səbəblərdən “günah yuma” üçün istifadə edilən “günah keçisi” kimi çıxış edə biləcəyini irəli sürürlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər