24 May 21:39
1 640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm adamları dünyadan 40 işıq ili uzaqlıqda Yer kürəsinin ölçüsündə, yaşayış üçün potensial planet kəşf edib.

Teleqraf.com xəbər verir ki, kəşf haqqında məqalə “Monthly Notices of the Royal Astronomical Society” jurnalında dərc olunub.

Kəşf edilən planetə “Gliese 12b” adı verilib.

“Hesablamalar apardıq. Təxmin etdik ki, Yerin ölçüsündədir, mülayim iqlimə malikdir və ya buna çox yaxındır”, - tədqiqatın müəlliflərindən biri Şişir Dxolakiya deyib.

Onun sözlərinə görə, planetdə maye suyun səthdə toplanması üçün uyğun olan temperatur ola bilər. Bu vacibdir, çünki belə planetlər həyat üçün potensial olaraq uyğun hesab olunur.

“Gliese 12b” Yerin ölçüsüdür və ya Veneradan bir qədər kiçikdir. Səthin temperaturu 42 dərəcə selsi olaraq qiymətləndirilir.

“Planet bizdən cəmi 40 işıq ili uzaqlıqda yerləşir, amma bu o demək deyil ki, ona yaxın gələcəkdə çata biləcəyik. Bu o deməkdir ki, dünyanın ən böyük kosmik teleskoplarını ona yönəldə və atmosferinin necə ola biləcəyini anlaya bilərik”, - Dxolakiya qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər