Xocalıda 32 il əvvəl atışmaya görə yarımçıq saxlanılan toy mərasiminin bu gün davamı baş tutub.
Teleqraf.com xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Məlum olub ki, 1992-ci il yanvarın 18-də toyu yarımçıq qalan Vasif Qafarovun təkrar toyu olub.
Qeyd edək ki, 32 il öncəki məclis Xocalıda sonuncu toy kimi tarixə düşüb.