11 İyun 01:53
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

3 günlük festivalı 110 milyon insan ziyarət edib.

Teleqraf.com xəbər verir ki, Çində baş tutan bu ilki "Əjdaha qayıqları" festivalını 110 milyon insan ziyarət edib. Bu ziyarətdən 40,35 milyard yuan (təxminən 5,57 milyard dollar) qazanc əldə edilib.

Bayram dövründə ötən illə müqayisədə ölkədaxili səfərlərin sayı 6,3 faiz, daxili turizm gəlirləri isə 8,1 faiz artıb.

“Duanvu” kimi tanınan Əjdaha qayıqları festivalı ənənəvi Çin ay təqviminə görə ilin ortasına düşən 5-ci ayın 5-ci günündə qeyd olunur.

Festival çaylarda ənənəvi qayıq yarışları və bambuk və ya qamış yarpaqlarına bükülmüş yapışqan düyü, qırmızı lobya və xurma ilə doldurulmuş xüsusi hazırlanmış huni formalı desertləri ilə tanınır.


Müəllif: Arzu

Oxşar xəbərlər