13 İyun 22:57
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olan məbədlərdə qadın tualetlərinin kabinələrinə taymerlər quraşdırıb.

Teleqraf.com xəbər verir ki, buddist məbədi olan "Yungang Grottoes"in ətrafında olan qadın tualetlərində yerləşdirilən rəqəmsal taymerlər mübahisəyə səbəb olub.

Kabinə boş olduqda kiçik ekranda yaşıl rəngdə "boş" sözü görünür. Lakin içəridə kimsə varsa, onların orada olduğu dəqiqə və saniyələrin sayı qırmızı rənglə göstərilir.

Bəzi ziyarətçilər bunu utancverici adlandırıb.

Buddist məbədi olan "Yungang Grottoes" Çinin şimalındakı Şansi əyalətindəki ən böyük məbədlərdən biridir və 2023-cü ildə qaya üzünə oyulmuş qədim yeri 3 milyon insanın ziyarət etdiyi qeyd edilib.


Müəllif: Arzu

Oxşar xəbərlər