Qanda şiş DNT-sinin varlığına dair yeni test xərçəngi ənənəvi diaqnostik üsullardan daha tez aşkarlaya bilər.
Teleqraf.com xəbər verir ki, bununla bağlı tədqiqatlar "Nature Medicine" jurnalında dərc olunub.
Maye biopsiyası texnologiyası qanda spesifik mutasiyalarla seçilən şiş DNT-sinin aşkarlanmasına əsaslanır. Bu metodun həyata keçirilməsinə əsas maneə qanda DNT tərkibinin aşağı olmasıdır. Yeni araşdırmada tədqiqatçılar sirkulyasiya edən şiş DNT (ctDNA) aşkar etmək üçün maşın öyrənmə modelindən istifadə ediblər. Bu, onlara məhdudiyyətləri aradan qaldırmağa imkan verib.
Texnologiya ağciyər, dəri, döş və bağırsaq xərçəngi şişləri olan xəstələrdə sınaqdan keçirilib. Analiz nəticəsində 15 xəstədən 9-da bağırsaq xərçənginin residivi aşkar edilib. Onlardan beşində faktiki residiv baş verib. Həmçinin test nəticəsində şiş DNT-si aşkar olunmayan xəstələrdə xərçəng residivi baş verməyib.
Alimlər həm də yeni texnologiyanın bir neçə il ərzində bədxassəli şişlərə çevriləcək xərçəng öncəsi bağırsaq poliplərinin DNT-sini aşkarlaya bildiyini də nümayiş etdiriblər.