25 İyun 00:25
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliya elektron siqaretlərin apteklərdən kənarda satışını qadağan edən ilk ölkə olacaq.

Teleqraf.com xəbər verir ki, Avstraliyada bu barədə yeni qanun qəbul edilib.

Qanunun icrasına gələn həftədən etibarən həyata keçirilməsi planlaşdırılıb. Yeni qanun layihəsində elektron siqaretlərin satışına yalnız apteklərdə icazə veriləcək. Qanuna görə, böyüklər apteklərdən elektron siqaret ala biləcəklər.

18 yaşdan aşağı olanlar isə yalnız həkim resepti ilə elektron siqaret çəkə biləcəklər.


Müəllif: Arzu

Oxşar xəbərlər