26 İyun 15:03
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm adamları Marsa insan missiyasının göndərilməsinin niyə hələ də mümkün olmadığını müəyyən ediblər. Mövcud nəzəriyyəyə görə, kosmik şüalanma insanın daxili orqanlarına geridönməz ziyan vura bilər.

Teleqraf.com xəbər verir ki, bu səbəbdən ən azı hələlik bu problem elm dünyası tərəfindən həll olunmayana qədər Marsa astronavt göndərmək mümkün olmayacaq.

Qeyd edək ki, kosmosa uçandan sonra astronavtlarda tez-tez bu və ya digər sağlamlıq problemi yaranır. Bu, ötən əsrin 70-ci illərindən məlumdur. Bu problemlər sümük kütləsinin itirilməsi, ürək və görmə qabiliyyətinin zəifləməsi, həmçinin böyrəklərdə daşların əmələ gəlməsi ilə bağlı ola bilər.

Problemlərin bəziləri kosmik radiasiya, məsələn, dərin kosmosdan gələn qalaktik radiasiya, Günəş küləkləri və sairlə bağlıdır. Yer kürəsində planetimizin maqnitosferi bizi bu şüalardan qoruyur. Elmi təcrübələr insanlar və heyvanların böyrəklərinin kosmik şəraitdə yenidən formalaşdığını üzə çıxarıb.

Üstəlik, kosmosda bir aydan çox olmayan müddətdə, duz və kalsium balansının təmin edilməsinə cavabdeh olan böyrəklərin bəzi hissələri sıxılmağa başlayır. Səbəb mikroqravitasiyadır, amma elm adamları deyirlər ki, əlavə tədqiqatlara da ehtiyac var. İstənilən halda, nəticə ondan ibarətdir ki, hazırda Marsa insan göndərmək mümkün deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər