28 İyun 09:39
1 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sürətlə hərəkət edən və “planet qatili” adlanan asteroid Yer kürəsini çox yaxın məsafədən keçməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, asteroidin yerə yaxın keçməsi iqlim dəyişikliyinə səbəb ola bilər.

Göy cismi son 125 ilin ən böyük “potensial təhlükəli asteroidlərindən” biri kimi qeydə alınıb. "2011 UL21" adlı kosmik qayanın Everest dağının böyüklüyündə olduğu qeyd edilir və onun 125 ildən sonra planetimizin yanından keçəcəyi bildirilir. Astronomiya həvəskarları 28 və 29 iyunda teleskopun köməyi ilə asteroidi görə bilərlər.

Asteroidin 2089-cu ildə yenidən Yerə yaxınlaşacağı və planetimizdən 2,7 milyon mil məsafəyə yaxınlaşacağı gözlənilir.


Müəllif: Arzu