30 İyun 16:14
415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın cənubunda parlament seçkilərinin birinci turunda səsvermə başlamazdan əvvəl müşahidəçi ilə seçki məntəqəsinin sədri arasında dava baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Nitsa şəhərinin meri Kristian Estrozi "X" sosial şəbəkəsində bildirib.

Paylaşımda şəhər meri "Respublikaçılar" Partiyasının lideri Erik Syottinin təyin etdiyi müşahidəçi tərəfindən şəçki məntəqəsinin sədrinə qarşı fiziki hücumu pisləyib.

Onun sözlərinə görə, müşahidəçi seçki məntəqəsinin açılmasına mane olmağa çalışıb, sonra isə sədri vurub.

"Nitsa-Matin" qəzeti qeyd edib ki, Nitsa şəhərinin qərbindəki Baumet məktəbində 16 saylı seçki məntəqəsində müşahidəçi seçki komissiyasının tərkibinə etiraz etməyə çalışıb və seçki məntəqəsinin açılmasına qarşı çıxıb.

O, polis tərəfindən saxlanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər