30 İyun 16:59
306
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda avtomobil sexində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən xəbərə görə, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 15 m² olan avtomobil rəngləmə sexinin ondulindən ibarət dam örtüyünün yanar konstruksiyaları, içərisinə yığılan ehtiyat hissələri qismən, 1 ədəd su sayğacı və 1 ədəd elektrik açarı yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com