"Firefly Aerospace" şirkəti öz "Alpha" raketlərini İsveçdəki kosmodromdan buraxacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə "SpaceNews" məlumat yayıb.
"Esrange" kosmodromundan raketin buraxılması ilə bağlı müqavilə "Firefly Aerospace" və İsveç Kosmik Korporasiyası tərəfindən imzalanıb. Kosmik daşıyıcıların 2026-cı ildən buraxılması planlaşdırılır.