9 İyul 00:11
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın keçmiş imperatoru Napoleon Bonapartın silahları hərraca çıxarılıb.

Teleqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, silahlar Fransız usta Lui-Marin Qosset tərəfindən hazırlanıb.

Qızıl və gümüşlə bəzədilmiş silahların üzərində Napoleonun profili həkk olunub. Silahlar orijinal qutusu və müxtəlif aksesuarları, o cümlədən barıt qutusu ilə birlikdə hərracda satılıb. Silahlar hərracda 1 milyon 69 min avroya satılıb.

Napoleon məğlubiyyətdən sonra - 12 aprel 1814-cü ildə özünü öldürmək üçün məhz bu silahlardan istifadə etdiyi bildirilib. Ancaq onun köməkçisi Armand de Caulayincourt silahın içindəki barıtı boşaltaraq Napoleonun həyatını xilas edib. Napoleon sonradan silahları köməkçisinə verib.


Müəllif: Arzu

Oxşar xəbərlər