2 Oktyabr 19:55
2 382
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün 2024-cü ilin son Günəş tutulması başlayıb.

Bu barədə Teleqraf.com-a Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.

Günəş tutulması Bakı vaxtı ilə saat 19:42 başlayıb və saat 01:47-də bitəcək. Tutulmanın maksimumu saat 22:45-ə uyğun gəlir. Maksimal tutulma 7 dəqiqə 24 saniyə davam edəcək.

Bu tutulma halqalı Günəş tutulmasıdır. Halqalı tutulma Ay apogeydə (Yerdən maksimum uzaqlıqda) və yaxın nöqtələrdə olduğu zaman baş verir. Bu zaman Ay diskinin görünən ölçüsü kiçildiyi üçün Günəşi tam örtə bilmir və Ay diskinin kənarında nazik işıqlı halqa qalır.

Tutulma hadisəsi əsasən Sakit okeana düşsə də, ümumilikdə Cənubi Amerika, Şimali Amerikanın cənubu, Atlantik okeanı və Antarktidanı əhatə edir. Halqalı tutulmanı isə Çili və Argentinadan müşahidə etmək mümkündür.

Qeyd edək ki, tutulma hadisəsi Azərbaycandan müşahidə olunmur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər