81 yaşlı model ilk dəfə gözəllik yarışmasında iştirak edib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Koreyadan olan Coyi Sunva 81 yaşında “Miss Universe Korea ” gözəllik yarışına qatılıb.
O, bütün həyatı boyu xəstəxanada çalışıb. Ancaq Sunva 70 yaşında model olmağa qərar verib. Bir il əvvəl “Miss Universe Korea” müsabiqəsi əvvəllər iştirakçılara tətbiq edilən yaş məhdudiyyətlərini ləğv edib. 81 yaşlı qadın bu şansdan dərhal yararlanıb.
Qaliblərin mükafatlandırma mərasimi Seulda baş tutub. Coyi Sunva finala yüksəlsə də tacı qazana bilməyib.