1 Oktyabr 00:47
1 791
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mançester Siti"nin və İngiltərə millisinin kapitanı Kayl Uokerin həyat yoldaşı Enni Kilner ərinin xəyanətini 18 milyon avroya bağışlamağa hazır olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə The Sun məlumat yayıb.

Məlumata görə, Kilner futbolçunun məşuqəsi, model Lorin Qudman Uokerdən ikinci övladının dünyaya gəldiyini elan etdikdən sonra boşanmaq üçün ərizə verib.

Həmin vaxt Kilner dördüncü uşağına hamilə idi. Qeyd olunur ki, müdafiəçinin həyat yoldaşı futbolçunun pulunu ödəyəcəyi təqdirdə əri ilə münasibətlərini bərpa etməyə hazır olduğunu deyib.

Qeyd edək ki, Kayli Uoker 2017-ci ildən "Mançester Siti"də çıxış edir. Komandanın tərkibində o, altıqat İngiltərə çempionu olmaqla yanaşı, Çempionlar Liqasının qalibi olub. Futbolçu Kilnerlə 14 ildir evlidir.


Müəllif: Arzu

Oxşar xəbərlər