Arxeoloqlar qladiator Spartak və onun adamlarının Roma ordusuna qarşı döyüşdüyü ərazini aşkar ediblər.
Teleqraf.com xəbər verir ki, İtaliyada Roma ordusunun döyüş zamanı istifadə etdiyi divar tapılıb.
Qeyd olunur ki, daş divar 3 kilometrə qədər uzanır. Tədqiqatçılar hesab edirlər ki, divar və onu müşayiət edən xəndəklər eramızdan əvvəl 71-ci ildə Roma generalı Markus Licinius tərəfindən Spartak və onun qoşununa nəzarət etmək üçün inşa olunan tikilinin bir hissəsidir.