16 İyul 00:08
1 655
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın Venesiya şəhərinə birgünlük ziyarətə gələn turistlərdən giriş haqqı tutulması praktikasının sınaq mərhələsi başa çatıb.

Teleqraf.com xarici KİV-lərə istinadla xəbər verir ki, ilkin mərhələdə turistlərdən 2 milyon 200 min avro toplanıb.

Aprelin 25-dən tətbiq edilən qaydaya görə, şəhərə gündəlik səyahət edənlərdən 5 avroluq bilet almaq tələb olunub. Bu addım şəhərin tarixi mərkəzində ziyarətçi sıxlığının qarşısını almaq məqsədilə atılıb.

Gündəlik ziyarətçilərdən yığılan rüsumun necə xərclənəcəyi hələ ki, sual altındadır.


Müəllif: Arzu

Oxşar xəbərlər