ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) gələn il kosmosa göndərilməsi planlaşdırılan “VIPER” kəşfiyyat aparatının proqramını ləğv edib.
Teleqraf.com xəbər verir ki, ləğv qərarı “VIPER”in kosmik şəraitə tab gətirə bilməsini yoxlamaq üçün sınaqlar zamanı verilib.
Agentlik isə ləğv edilməyə səbəb kimi artan xərclər göstərib. “VIPER”in sökülərək yenidən istifadə ediləcəyi və ya satılacağı gözlənilir.
Qeyd edək ki, “VIPER” proqramının məqsədi Ayın Cənub Qütbünə yaxın yerə enmək və 100 gün ərzində Aydakı buz yataqlarını araşdırmaq olub.