Rusiyada əlilliyi olan insanlar üçün erotik jurnal təsis edilib.
Teleqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, jurnalın məqsədi əlilliyi olan insanların cinsi cəhətdən cəlbedici ola bildiklərini göstərməkdir.
Jurnalın müəllifi onurğa əzələlərinin atrofiyasıdan əziyyət çəkən Danil Maksimov bununla diaqnozun onun həyatına necə təsir etdiyini və əlillərin bədənlərini göstərməyin nə üçün vacib olduğunu çatdırmaq istəyir: "Məni cinsi partnyor kimi qəbul etmirlər. Mənim bu jurnalı yaratmaqda məqsədim əlilliyi olan şəxslərin də hamı kimi olduğunu göstərməkdir. Nəinki bizim ölkədə, ümumiyyətlə, dünyada əlillər ehtiraslı qəbul olunmurlar. Əlillərin də cinsi cəhətdən cazibədar olduğunu göstərmək istəyirəm, mən bu insanların bədənlərini, onların nə qədər gözəl olduqlarını göstərmək istəyirəm".
Jurnalın hər buraxılışında biri əlilliyi olan şəxs digəri isə əlilliyi olmayan şəxs iştirak edəcək. Onların müsahibələri həkimlərin, psixoloqların və digər ekspertlərin şərhləri ilə tamamlanacaq.