19 İyul 22:58
2 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mars roveri "Curiosity" planetdə kükürdün təmiz elementar formasını aşkar edib.

Teleqraf.com xəbər verir ki, 899 kiloqramlıq rover üzərinə çıxdığı qaya parçalanıb və onun içindən kükürdün elementləri çıxıb.

Marsda sulfatlar olduqca yayğın olsa da, indiyə kimi kükürdə rast gəlinməmişdi. Roverin kəşf etdiyi ərazi şübhəli qayalarla doludur. Bu da marsda kükürdün daha çox olduğunu göstərir.


Müəllif: Arzu

Oxşar xəbərlər