22 İyul 19:28
1 316
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanda milli qadın geyimi və dikdabanda rəqs edən kişiyə cinayət işi açılıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi deputatların müraciəti əsasında açılıb.

Bildirilir ki, Qazaxıstanda milli geyimdə və dikdabanda rəqs edən kişinin videosu geniş müzakirələrə səbəb olub. Ölkə rəsmiləri videonun məzmununun qazax xalqının dəyərlərinə, adət-ənənələrinə zidd hesab ediblər. Onlar xalqın təhqir olduğunu deyərək kişinin cəzalandırılmasını tələb ediblər.

Hazırda rəqs ifaçılarına “sosial, milli, qəbilə, irqi, sinfi və ya dini ədavətin salınması” maddəsi ilə cinayət işi açılıb.


Müəllif: Arzu

Oxşar xəbərlər