23 İyul 18:42
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tesla-nın qurucusu İlon Mask gələn il şirkətin öz fabriklərində işləyəcək insanabənzər robotlar istehsal edəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Mask özünün X səhifəsində bu barədə məlumat verib.

İnsanabənzər robotların istehsalını genişləndirəcəyini deyən Mask ümid edir ki, 2026-cı ilə qədər onlar robotları artıq başqa şirkətlərə də sata biləcəklər.

Teslanın robot biznesinin bir gün avtomobil biznesindən daha dəyərli olacağını iddia edən Mask 2022-ci ildə səhnədə yeriyən və tamaşaçılara əl yelləyən robot prototipini nümayiş etdirib.

Mask daha əvvəl demişdi ki, onun məqsədi robotların kütləvi istehsalına başlamaqdır və hər birinin qiyməti 20.000 dolları ötmür.

Optimus robotunun boyu təxminən 1,7 metr, çəkisi isə 56 kq-dır. O, "darıxdırıcı, təkrarlanan və təhlükəli" işləri yerinə yetirmək üçün nəzərdə tutulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər