Həkimlər Çində 2 ildir öskürəyi keçməyən şəxsə xərçəng diaqnozu qoyub.
Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, həkimlərin diaqnozu səhv çıxıb. Müayinə zamanı xəstənin ağ ciyərində təqribən 1 santimetrlik yad cism aşkar edilib.
Aparılan testlər nəticəsində həkimlərin bədxassəli şiş olduğunu düşündüyü cismin acı bibər parçası olduğu bilinib. 54 yaşlı kişi 2 il əvvəl yemək yeyərkən boğazına acı bibərin ilişdiyini və öskürdüyünü xatırlayıb.