18 Avqust 17:01
3 579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Necə yoxa çıxdığı bu gün də məlum olmayan Atlantida sivilizasiyası əsrlərdir elmi çevrələrdə mübahisə mövzusudur.

Teleqraf.com xəbər verir ki, yeni araşdırma aparan elm adamları Atlantidanın yerləşdiyi məkanı tapdıqlarına inanırlar.

Tədqiqatçılara görə, e.ə. 360-cı ildə Platon tərəfindən təsvir edilən əfsanəvi Atlantida Kanar adaları yaxınlığında batmış bir qrup ada üzərində yerləşib.

"Mirror" da yazır ki, okean dibində kəşf edilmiş adalar batmış imperiya haqqında qədim əfsanələrin əsl mənbəyi ola bilər.

Tədqiqatçılar qrupu yüksək keyfiyyətli kameralarla təchiz edilmiş dəniz zondundan istifadə edərək, 2500 m dərinlikdə, Atlantidanın yerləşdiyi iddia olunan okeanın dibindən nümunələr toplayıblar.

Araşdırmada iştirak edən ispan geoloq Luis Somoza deyib: "Bu, Atlantida əfsanəsinin mənbəyi ola bilər. Bunlar qədim dövrlərdə ada olublar, Atlantida əfsanəsində olduğu kimi onlar da batıblar, hələ də batmaqdadırlar".

Alimlər Atlantidada təxminən 500 000 insanın yaşadığını güman edirlər. Hesab olunur ki, Avstraliya okeanın dibinə batmış Atlantidanın izlərini daşıyır, ölkələri yoxa çıxmağa başlayanda sakinləri qaçıb burada məskunlaşa biliblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər