15 Sentyabr 22:26
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Madaqaskarda tapılan sirli qayaüstü tikililərin İran zərdüştləri ilə əlaqəsi ola bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Arkeonews” məlumat verib.

Bildirilir ki, Madaqaskar adasının cənubunda eramızdan əvvəl birinci minilliyin sonu və ya II minilliyin əvvəllərinə aid qayaüstü tikililər aşkarlanıb.

Belə strukturlara əvvəllər nə adada, nə də Afrikanın şərq sahillərində rast gəlinib. Ancaq oxşar tikililərə Madaqaskardan minlərlə kilometr aralıda, müasir İran ərazisində rast gəlmək olar. İrandakı tikililər zərdüştlərlə əlaqələndirildiyinə görə alimlər Madaqaskardakı kəşfi də zərdüştlüyə bağlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər