Hindistan hökuməti kosmosda "Bharatiya Antarikşa kosmik stansiyası"nın yaradılması üzrə işlərin başlanmasını təsdiqləyib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, stansiyanın ilk modulu 2028-ci ilin dekabrında Yerin orbitinə göndəriləcək.
Beş modullu "Bharatiya Antarikşa Stansiyası"nın ümumi çəkisi 52 ton olacaq. Yerin orbital hündürlüyü təxminən 400 kilometrdir. Stansiya eyni anda 6 astronavtı qəbul edə biləcək. Stansiyanın 2035-ci ilə qədər tamamlanması planlaşdırılır.