24 Sentyabr 22:23
1 275
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin Nümayəndələr Palatası NASA-nın səlahiyyətlərinin genişləndirilməsini təklif edən qanun layihəsini qəbul edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, qanun NASA-ya Ay proqramları ilə bağlı öhdəliklərinə əməl etməyə imkan verəcək.

“Ayın səthinə enəcək növbəti ölkə gələcək onilliklər üçün Ay və kosmos tədqiqatlarını idarə edə biləcək norma və təcrübələrin müəyyən edilməsində əsas rol oynayacaq. Biz hazırda liderliyi başqa ölkələrə verə bilmərik”, - Nümayəndələr Palatasının Elm Komitəsinin sədri Frank Lukas bildirib.

Qanun layihəsi, xüsusilə, NASA-ya Artemida proqramı və Beynəlxalq Kosmik Stansiya üçün skafandrlar yaratmaq, həmçinin Yerə yaxın yeni stansiya üçün modullar hazırlamaq üçün kommersiya şirkətlərini cəlb etməyə imkan verir.

Qanun layihəsi baxılmaq üçün indi Senata göndərilir.


Müəllif: Arzu

Oxşar xəbərlər