10 İyul 2017 16:09
2 583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Musiqili Teatrının əməkdaşı Firuzə Nəcəfli Parisdə keçirilən “İnternational Folklore Competition” Beynəlxalq Müsabiqəsində 2-ci yerə layiq görülüb.

Dövlət Musiqili Teatrından Teleqraf.com-a verilən məlumata görə, Firuzə Nəcəfli müsabiqədə Robert Şumanın 8 nömrəli “Noveletta” əsərini ifa edib.

Qeyd edək ki, Firuzə Nəcəfli daha əvvəl Ferens List adına Beynəlxalq festivalda da diploma layiq görülüb.

1-ci Tələbə Teatr Festivalının “Üzeyir Hacibəylinin operettalarının ən yaxşı ifaçısı” nominasiyası üzrə qalib olub. Onun 2014-cü ildə Azərbaycan Dövlət Milli Muzeyində ifa etdiyi “Əsrin Müqaviləsi” əsəri qalib olaraq, SOCAR-ın himni seçilib.


Müəllif: Könül Əlibəyli

Oxşar xəbərlər