11 İyul 2017 17:15
2 296
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc ifaçı Səbinə Əskərova “Günün aydın” adlı yeni klip çəkdirir.

Bu barədə Teleqraf.com-a rejissor Anar Hüseynov məlumat verib:

“Klipi çəkdiyimiz kameranın full kompleksiyasının qiyməti 1 milyon dollara yaxındır, tək özü isə 300 min dollardır. Kifayət qədər iribüdcəli bir işdir. İki gün çəkiliş edəcəyik. Bu klipdə 50-dən çox aktyor çəkilir”.

Rejissorun verdiyi məlumata görə, bu klip Bakıya aiddir:

“Ssenariyə görə, Səbinə səhər tezdən evdən çıxıb şəhəri gəzməyə başlayır. Yolda başına müxtəlif hadisələr gəlir. Pozitiv və rəngarəng bir klip hazırlanır. Çəkilişlər “Bizim Cəbiş müəllim” filmindən tanıdığımız həyətdə, daha sonra isə Buzovna və Novxanı çimərliklərində aparılır”.

Bu klip rejissor Anar Hüseynovla müğənni Səbinə Əskərovanın ikinci işbirliyidir. Daha öncə onlar “Yağ yağışım” klipini ekranlaşdırmışdılar.

“Günün aydın” klipinin operatoru Cavid Orucov, prodüseri Cavanşir Qədimov, stilisti Roma Məmmədovdur. Mahnının sözləri və musiqisi İsmayıl Əsədovundur. Müğənni klipin kiçik bir hissəsində qızı Məryəmlə çəkilib.


Müəllif: Könül Əlibəyli

Oxşar xəbərlər