Güney Azərbaycanın “Yekan Kəhriz” qəsəbəsindən olan istedadlı gənc pop musiqi müğənnisi Purya Camei dəhşətli yol qəzasında dünyasını dəyişib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, mərhumun yaxınlarının dediyinə görə, Kəlantəri yolunda “Pejo” markalı minik avtomobili ilə TIR tipli yük maşınının toqquşub.
Ağır yol qəzasında Purya Cameinin 5 ailə üzvü, o cümlədən bir uşaq ağır bədən xəsarəti alıb, onlar Urmiyədə xəstəxanaya yerləşdirliblər.
Purya Camei pop-müsiqisi sahəsində Azərbaycanın tanınmış müğənnilərindən biri olub. O, kimya mühəndisliyi üzrə təhsil alırmış.