Xalq artisti Teymur Mustafayev TV-də müzakirələrə səbəb olan açıqlama verib.
Teleqraf.com-un məlumatına görə, tele-aparıcı Zaur Kamal ona “Xanımınızdan qorxursunuzmu?” sualını ünvanlayıb.
Xanəndənin cavabı belə olub: “Arvaddan qorxmayan kişi deyil. Özümü nəzərdə tuturam. Bəlkə, kimsə qorxmur. Amma bizdə evdə o nə desə qanundur. Evdə dəsturu xanımım verir. Mən onun nazı ilə oynayıram”.