Martın 20-də Litvanın Klaypeda şəhərində Novruz bayramı münasibətilə Muğam Televiziya Müsabiqəsinin laureatı Könül Məmmədlinin tar və kamançanın müşayiəti ilə konserti olacaq.
Azərbaycanın Litvadakı səfirliyindən bildiriblər ki, konsertin təşkilatçısı “Azəris” cəmiyyətidir.
Klaypeda Milli Mədəniyyətlər Mərkəzinin dəstəyi ilə keçirilən konsertə giriş pulsuzdur.