Hazırda Erməni tərəfinin mülki əhalimizə hücumu ilə başlayan təxribata adekvat cavab olaraq hərbi əməliyyatlarımız davam edir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi Hikmət Hacıyev XİN-də təşkil olunan tədbirdəki çıxışı zamanı deyib.
“Biz beynəlxalq təşkilatların məsələ ilə bağlı narahatlığını başa düşürük. Lakin Prezidentin xalqa müraciətində və Təhlükəsizlik Şurasının iclasında dediyi kimi, Azərbaycan tərəfinin bu addımı müdafiə xarakteri daşıyır. Biz kompakt şəkildə sərhəd bölgələrində yaşayan mülki əhalimizi qoruyuruq. Bunu, həmçinin Ermənistan tərəfini sülhə məcbur etmək səyləri kimi də qəbul etmək olar. Biz beynəlxalq təşkilatları bütün səylərini ortaya qoyaraq Ermənistanın işğala son qoymasına nail olmağa çağırırıq”, - H.Hacıyev bildirib.