Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti İshaq Hersoqa başsağlığı məktubu göndərib.
Teleqraf.com xəbər verir ki, başsağlığında deyilir:
"Hörmətli cənab Prezident,
Ananız - Aura Hersoqun vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm".