26 Oktyabr 2022 15:20
466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkelini qəbul edib.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı bir neçə gün əvvəl Gürcüstana səfərinin uğurla keçdiyini, səmərəli müzakirələrin aparıldığını bildirib, səfərin ölkələrimiz arasında qardaşlıq əlaqələrinin gələcək inkişafı üçün çox əhəmiyyətli olduğunu vurğulayıb, müzakirə olunan məsələlərin siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə geniş gündəliyi əhatə etdiyini deyib. Prezident İlham Əliyev qeyd etdi ki, təhsil əməkdaşlığımızın əhəmiyyətli hissələrindən biridir. Dövlət başçısı Gürcüstanda Azərbaycan dilində, Azərbaycanda isə gürcü dilində məktəblərin fəaliyyət göstərməsini bunun yaxşı göstəricisi kimi qiymətləndirdi. Prezident İlham Əliyev Mixeil Çxenkelinin səfərinin ölkələrimizin müvafiq nazirlikləri arasında əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi.

Qəbula görə minnətdarlıq edən Mixeil Çxenkeli dövlət başçısının Gürcüstana səfərinin tarixi səfər olduğunu qeyd etdi və əlaqələrimizin genişləndirilməsində səfərin xüsusi önəm daşıdığını dedi. Qonaq ölkələrimizin Təhsil və Elm nazirlikləri arasında çox səmərəli və uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirdi.

Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

***

13:47

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkelini qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər