30 May 2023 20:42
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 30-da Moskva şəhərində Azərbaycanla Rusiya arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, məsləhətləşmələrdə Azərbaycanı xarici işlər nazirinin müavini, Prezidentin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Rusiyanı isə MDB-nin iştirakçı dövlətləri olan həmsərhəd dövlətlərlə Rusiyanın dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Prezidentin xüsusi nümayəndəsi Mixail Petrakov təmsil edib.

Gorüş zamanı Xəzər dənizində beştərəfli əməkdaşlığa aid olan geniş spektrli məsələlər müzakirə olunub, 2022-ci il iyunun 29-da Xəzəryanı dövlətlərin altıncı Zirvə Toplantısında qəbul olunmuş qərarların həyata keçirilməsinin vacibliyi qeyd olunub.

Həmçinin Xəzər dənizində düz çıxış xətlərinin çəkilməsi metodikası və Xəzəryanı dövlətlər arasında razılaşma mərhələsində olan sahəvi əməkdaşlıq məsələləri ilə bağlı saziş layihələri, eləcə də Xəzər regionunda təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər