Ermənistanın Azərbayacana qarşı hərbi təcavüzünü qətiyyətlə pisləyirəm. Dualarım bu təcavüzkarlığa qalib gəlmək, regionda sülhü bərqarar etmək üçün mübarizə aparan Azərbaycan xalqının yanındadır.
Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ-ın NATO Ballistik Raketlərə qarşı Müdafiə Sistemində Xarici Əlaqələr Bürosunun direktoru azərbaycanlı Con Nəimi Əmirəl deyib:
“Ərazi bütövlüyünü təmin etmək Azərbaycanın və bütün dövlətlərin təbii haqqıdır. Təssüf ki, Azərbaycanın sülhsevər addımları bu günədək qarşılıqsız qalıb. Evlərindən, yurd-yuvalarından didərgin düşmüş ailələrimizin tezliklə öz yurdlarına qayıtmasını səbirsizliklə gözləyirik. Xeyirli və uğurlu olsun!”