29 Sentyabr 2020 16:28
2 874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev Ermənistan və Azərbaycan sərhədində baş verən gərginliyə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, səfirin fikrincə, Golda Meirin sözləri ilə düşmənə cavab verə bilərik.

"Azərbaycanın dünya birliyinin birmənalı şəkildə tanıdığı tarixi ərazilərində 30 ildən bəri erməni işğalçıları tərəfindən pozulmuş suveren hüquqlarını bərpa etməsinə qarşı çıxanlara, xalqımızın haqq işinə qara yaxanlara, müxtəlif qəzet və saytlarda bizi aqressiyada ittiham edənlərə Golda Meirin sözləri ilə cavab verək:

"İttihamlarınızı eşitmək təsəlli sözlərinizi dinləməkdən daha yaxşıdır!"

"Уж лучше осуждение в наш адрес, чем соболезнования!"

"I prefer your condemnations to your condolences!". İnsanlıq borcunu yerinə yetirərək obyektiv mövqe tutanlara, həqiqətin yanında olanlara isə dərin minnətdarlığımızı bildiririk!" - deyə Vilayət Quliyev qeyd edib.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər