14 Oktyabr 2020 01:36
2 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi, Azərbaycan-Britaniya Məzunları İctimai Birliyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması və ADA Könüllülər Hərəkatının 7 oktyabr 2020-ci il tarixli bəyanatı yayıb.

Teleqraf.com-un məlumatına görə, bəyanatda bildirilir ki, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi, Azərbaycan-Britaniya Məzunları İctimai Birliyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması və ADA Könüllülər Hərəkatının birgə əməkdaşlığı çərçivəsində 27 sentyabr 2020-ci il tarixindən yenidən aktivləşən Dağlıq Qarabağ münaqişəsinə əsaslanan fəaliyyət qrupu yaradılır.

Qeyd edək ki, fəaliyyət qrupunun icra planı aşağıdakı istiqamətləri əhatə edəcəkdir:

- Məzunlarımızın birbaşa iştirakı ilə Sosial media kanalları üçün xarici dillərdə tarixi faktlara və araşdırmalara əsaslanan kontentlərin formalaşdırılması və sistemli koordinasiyası;

- Bu münaqişədən keçmişdə və cari halda əziyyət çəkmiş, və yaxud, araşdırmaları ilə töhfə vermiş məzunlarımızın (ölkə daxili və xaricindəki) və ekspertlərin iştirakı ilə video materialların hazırlanması;

- Sığınacaqlardakı mülki əhaliyə, hərbi hospitallara və şəhid ailələrinə yardım etmək məqsədilə aparılan sosial kampaniyalara dəstək;

- Beynəlxalq qurumlara və təşkilatlara ölkəmizdə baş verənlərlə bağlı reallığı əks etdirən rəsmi müraciətlərin ünvanlanması.

Bütün məzunlarımızı və dostlarımızı fəaliyyət istiqamətlərimizə dəstək olmaq üçün könüllü olmağa çağırır və müracitələrini gözləyirik.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər