26 Oktyabr 2020 16:19
1 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 26-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağdam rayonu Qaradağlı kənd tam orta məktəbi atəşə tutulub.

Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, nəticədə məktəbə ciddi ziyan dəyib.

Qeyd edək ki, Qaradağlı kənd tam orta məktəbində 400 şagird təhsil alır, 43 müəllim pedaqoji fəaliyyətlə məşğuldur.

Bu günədək düşmən təcavüzü nəticəsində 40-dan çox məktəbə ziyan dəyib.


Müəllif: Teleqraf.com