29 Oktyabr 2020 20:49
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan mətbuatının guya Azərbaycan Ordusunun bölmələrinin Xankəndinə raket, Əsgəran, Ağdərə və Xocavəndə isə aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, bu xəbər düşmənin bu gün Azərbaycanın yaşayış məntəqələrini raket artilleriya atəşinə tutmasından diqqəti yayındırmaq məqsədini güdür.

Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə riayət edir və yalnız düşmənin atəş nöqtələrinə adekvat zərbələr endirir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər