6 Noyabr 2020 18:24
1 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ali Baş Komandanın əmriylə Azərbaycan əsgəri düşmənin 30 il müddətində işğal edilmiş ərazilərdə tikdiyi istehkam manelərini yarır, qurduğu pusquları dağıdır və hədəfə yaxınlaşır".

Teleqraf.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib."Əks-hücum əməliyyatında Ordumuzun qarşısında duran əsas tapşırıq çətin relyef və iqlim şəraitində mütəşəkkil qaydada irəliləməkdir.

"Hazırda Azərbaycan Ordusunun qarşısında təkcə Ermənistanın silahlı qüvvələrinin bölmələri deyil, eyni zamanda xaricdən cəlb edilmiş muzdlu və xarici terrorçu döyüşçülər var. Əldə edilən kəşfiyyat məlumatlarına görə, bu döyüşçülər müxtəlif ölkə vətəndaşları olan erməni əsilli muzdlulardır. Ermənistan siyasi-hərbi rəhbərliyi hiyləgərcəsinə onları qabağa - faktiki olaraq ölümə verməklə bu əcnəbilərin Azərbaycan tərəfindən döyüşlərə cəlb edilməsinə dair iftiralar atır, onların meyitlərinə də sahib çıxmır", - MN sözçüsü əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər